Sumqayıt şəhərində “Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrin həllində mediasiyanın faydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

30 may 2025-ci il tarixində Sumqayıt şəhər 1 saylı Uşaq – Gənclər İnkişaf Mərkəzi və Sumqayıt 1 saylı Medisiya təşkilatının birgə təşkilatçılığı ilə “Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrin həllində mediasiyanın faydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov, mediatorlar Elçin Hüseynov, Xanlar Sətullayev və Kamal Mustafayev, Mərkəzin direktoru Əntiqə Rzayeva, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov, həmçinin hər iki mərkəzdə fəaliyyət göstərən müəllimlər, tərbiyəçilər, dərnək rəhbərləri və digər əməkdaşlar iştirak edib.












Tədbirdə çıxış edən Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov ölkəmizdə mediasiya xidmətinin anlayışı, tarixi, ölkəmizdə yaradılma əsasları, mahiyyəti, bu sahədə mövcud qanunvericilik, əldə edilən nailiyyətlər və inkişafa dair gözləntilər barədə ətraflı məlumat verib, həmçinin iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə həmçinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Əntiqə Rzayeva mediatorları salamlayaraq mediasiya xidməti haqqında təşkil olunmuş maarifləndirici görüşün səmərəli olduğunu, bu sahə haqqında yeni məlumatlar əldə etdiklərini, ictimai münasibətlərin tənzimlənməsində və münaqişələrin qarşılıqlı anlaşma şəraitində həllində mediasiya kimi bir xidmətin yaradılmasının faydalı olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib və bu tip görüşlərin intensiv xarakter almasının zəruriliyi vurğulanıb.