Sumqayıt 1 saylı Mediasiya təşkilatının kollektivi Zəfər günü və Bayraq günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmişlər

09 noyabr 2024 -cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının kollektivi Zəfər günü və Bayraq günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, abidə önünə tər qərənfillər düzmüşlər.
Sonra tədbir təşkilatın ofisində davam etdirilərək, Şəhidərin ruhu sükutla yad edilmiş, təşkilat rəhbəri 8 Noyabr Zəhər gününüz xalqımızın və Dövlətimizin tarixində qəhrəmanlıq salnaməsi olduğunu, buna Şəhidlərimizə, Qazilərimizə və Müzəffər Ali baş Komandanımız İlham Əliyevə minnətdar olduğumuzu diqqətə çatdırmış, eyni zamanda 9 Noyabr Bayraq gününün əhəmiyyədindən danışmış və iştirakçılar Dövlətimizin rəmzi olan üç rəngli bayrağımızın daim yüksəklərdə olmasını arzulamışlar.
Daha sonra isə təşkilatda əmək və xidməti müqavilə əsasında fəaliyyət göstərən mediatorlar, həmçinin texniki işçilərin iştirakı ilə növbəti iclas keçirilmiş, iclasda mediasiya xidmətinin göstəriləməsi sahəsində cari məsələlər müzakirə edilmiş, nöqsanlar və uğurlar diqqətə çatdırılmış, rəhbərlik tərəfindən mediatorlar qarşısında mediasiya sazişlərinin kəmiyyət və keyfiyyət baxımından artırılması prioritet məsələ kimi tələb qoyulmuşdur.
Təşkilat rəhbəri qeyd etmişdirki, hər mediator mediasiyanın inkişafı, özünün nüfuzu naminə daim üzərində çalışmalı, təlimlərdə iştirak etməli, mütaliə etməli, mediasiya xidmətinə dair məsələləri həmkarları ilə mütəmadi müzakirə etməlidir.
Hər bir mediatorun sosial şəbəkələrdə təbliğat və təşviqat işində fəal olmaları, özlərini ictimaiyyətə tanıtmları və təşkilatın SMM -də fəallıq göstərmələrinin zəruriliyi vurğulanmışdır.


