Sumqayıt 1 saylı Mediasiya Təşkilatının kollektivi İcra Hakimiyyətinin Başçısını təbrik edib

Hörmətli cənab Zakir Fərəcov!
Sizin rəhbərliyiniz dövründə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi və sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən uğurlu fəaliyyətiniz böyük rəğbətlə qarşılanır. Şəhərdə sağlam ictimai münasibətlərin formalaşmasına, vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş təşəbbüsləriniz xüsusi təqdirə layiqdir.
Sizi doğum gününüz münasibətilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının kollektivi adından səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Sumqayıt şəhərinin daha da inkişafı və tərəqqisi naminə həyata keçirdiyiniz fəaliyyətinizdə uğurlar diləyirik.
Hörmətlə,
Sumqayıt 1 saylı Mediasiya Təşkilatının kollektivi