Sumqayıt 1 saylı Mediasiya Təşkilatı Sumqayıtlı iş adamına təşəkkür elan edib

Sumqayıt 1 saylı Mediasiya Təşkilatı Sumqayıtlı iş adamına təşəkkür elan edib

 

Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında böyük xidmətləri olan və bu xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının sədr müavini, “Xəzər” ASC-nin sədri Qüdrət Kərimova 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediasiya sahəsində səmərəli fəaliyyətinə göstərdiyi dəstəyə görə təşəkkür elan edilmişdir.

Qüdrət Kərimov öz növbəsində mediasiya institunun ölkəmizdə son dövrlər aparılan sosial-iqtisadi və məhkəmə-hüquq sistemindəki islahatların tərkib hissəsi olduğunu və nəticə etibarilə vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini vurğulayaraq, Sumqayıt 1 saylı Mediasiya təşkilatına fəaliyyətində uğurlar arzulamışdır.

Etiketlər

YORUM YAZIN