Sumqayıt 1 saylı mediasiya təşkilatı 3 yaşını qeyd edib

Sumqayıt 1 saylı mediasiya təşkilatı 3 yaşını qeyd edib

Sumqayıt 1 saylı Mediasiya təşkilatının fəaliyyətə başlamasından üç il ötür. Bu münasibətlə təşkilatda fəsliyyət göstərən mediatorlar və texniki işçilərlə yığıncaq keçirilib. Təşkilat rəhbəri Etibar Həsənov ötən üç il ərzində Sumqayıt şəhər sakinlərinə göstərilən mediasiya xidməti haqqında iştirakçılara məlumat verib. Növbəti ildə göstəriləcək mediasiya xidmətin keyfiyyətinin daha da artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Təşkilat kollektivi həmçinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir masa ətrafında toplaşaraq qarşıdan gələn bayramları xoş əhval ruhiyə ilə qeyd ediblər

Tədbirdə həmçinin təşkilatın ofisində könüllü fəaliyyət göstərmiş tələbə gənclərə sertifikatlar təqdim olunub, təşkilatın texniki işçiləri isə səmərəli fəaliyyətlərinə görə “Təşəkkürnamə” ilə təltif olunublar.

Etiketlər

YORUM YAZIN