Sumqayıt 1 saylı Mediasiya Təşikatının rəhbəri Etibar Həsənov Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türkdilli Dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayında iştirak etmişdir

Qeyd edək ki, 2024-cü ilin noyabrın 28-dən dekabrın 3-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində türkdilli dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayı keçirilmişdir.
Tədbir Türk Dünyası Arabulucular Birliyinin təşkilatçılığı və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyənin Diaspor və Xaricdə Yaşayan Həmvətənlər İdarəsi (YTB), qardaş ölkənin Vəkillər Kollegiyası, həmçinin Ankaranın bir sıra universitetlərinin dəstəyi ilə keçirilmişdir.
Həmin Qurultayda Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvü Əli Nəbiyev və ümumilikdə 80 nəfər mediatordan ibarət nümayəndə heyəti iştirak etmişdir. Türkdilli dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayında Sumqayıt 1 saylı Mediasiya Təşikatını, təşkilatın rəhbəri mediator Etibar Həsənov, mediator Qabil Əsgərov və mediator Kamal Mustafayev təmsil etmişlər. Türkdilli dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayında həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Cümhuriyyətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Şeref Malkoç, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkdilli dünyası mediatorlar birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, Türkiyə Cümhuriyyətinin Ədliyyə naziri Yılmaz Tunç və ümumilikdə 10 ölkədən peşəkar mediatorlar iştirak etmişlər.
Sumqayıt 1 saylı Mediasiya Təşikatının rəhbəri Etibar Həsənov Qurultay çərçivəsində Ankara Yıldırım Bəyazid Universitetində və Ankara Medipol Universitetində təşkil edilən Mediasiya seminarlarında iştirak etmişdir.

