Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

23 yanvar 2025-ci il tarixdə Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt 1 saylı Mediasiya Təşkilatının qonağı olub və təşkilatın fəaliyyəti ilə tanış olub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Bakı 12 saylı Mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova və digər mediatorlar iştirak ediblər. Təşkilatın rəhbəri Etibar Həsənov, təşkilatın ofisində keyfiyyətli mediasiya xidmətinin göstərilməsi üçün yatradılmış şəraitlə qonaqları tanış etmişdir. Təşkilat rəhbəri qonaqlara məlumat verərək bildirmişdir ki, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının ofisində 7 mediasiya otağı, konfidensial otaq, geniş akt zalı, ana və uşaq otağı, təbliğat-təşviqat məqsədi ilə video çəkilişlər, müsahibələr aparılması üçün studiya otağı, 2 sanuzel otağı və mətbəx otağı mediatorların, işçilərin və mediasiya xidməti üçün müraciət edən şəxslərin istifadəsindədir.

Etiketlər

YORUM YAZIN