Beynəlxalq Qurultay çərçivəsində mediatorlar Ankara Yıldırım Bəyazid Universitetində təşkil edilən Mediasiya seminarında iştirak ediblər.

Ankarada Yıldırım Bəyazit Universitetində təşkil edilən seminarda Mediasiya Şurasının İdarə Heyətinin sədri olaraq çıxış edən Nadir Adilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatları barədə də iştirakçıları məlumatlandırıb. Türk Dünyası Arabulucular Birliyinin İdarə Heyətinin üzvü Av. Arb. Fatma Serpil Akdeniz, Ankara Yıldırım Beyazıt Universitetinin rektoru Prof. Dr. Ali Cengiz Köseoğlu açılış və salamlama nitqi ilə çıxış ediblər.
Yıldırım Bəyazid Universitetinin Dr. Öğr. S. Burak Gündoğdu türkdilli dövlətlərdə mediasiya prosesləri və Türkiyə Cümhuriyyətindəki mediasiya prosesləri ilə müqayisəli təhlil mövzusunda, növbəti məruzə ilə Dr. Öğr. Üyesi Cansu Korkmaz təşviq edilən və eyni zamanda könüllü mediasiya proseslərində mediasiyanın təməl prinsipləri barədə mühazirə ilə çıxış edib. Dr. Öğr. Üyesi Nurbanu E. Işık isə Türkiyə Cümhuriyyətindəki mediasiya proseslərində icbari mediasiya prosesləri, eyni zamanda daha az ağır cinayət işlərində mediasiya alətlərinin istifadəsi məsələləri barədə mühazirə ilə çıxış edib. Moderator Prof. Dr. Ziynet Seldağ GÜNEŞ Peschke seminarı sual cavabla davam etdirib. Azərbaycanı təmsil edən 85 mediator mühazirəçilərə onları maraqlandıran sualları ünvanlayıb və seminar dialoq şəraitində davam edib. Sonda Azərbaycanı təmsil edən mediatorlara Yıldırım Bəyazid Universitetinin sertifikatları təqdim edilmişdir. Həmçinin Sumqayıt 1 saylı Mediasiya Təşikatının rəhbəri mediator Etibar Həsənova, mediator Qabil Əsgərova və mediator Kamal Mustafayevə Yıldırım Bəyazid Universitetinin sertifikatları təqdim olunmuşdur.


