Azərbaycan mediatorları Türkiyə Ali Məhkəməsinin sədri tərəfindən təşkil edilmiş ziyafətdə iştirak ediblər

Türkiyə Ali Məhkəməsinin sədri tərəfindən Beynəlxalq Qurultay iştirakçıları üçün 30.11.2024-cü il tarixdə Türkiyə Ali Məhkəməsinin inzibati binasında yerləşən qonaq salonunda Türk Dünyası Arabulucular Birliyinin Beynəlxalq Qurultayında iştirak edən mediatorlar üçün ziyafət təşkil edilmişdir. Ziyafətdə Azərbaycanı təmsil edən 85 mediatorla yanaşı Türkiyə Cümhuriyyəti də daxil olmaqla, 10 ölkədən mediatorlar iştirak etmişdir. Türkiyə Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Ömər Kerkez çıxış edərək Qurultayın işini yüksək qiymətləndirib və qonaqları Ali Məhkəmədə qəbul etməkdən məmnun olduğunu bildirmişdir. Ziyafətdə həmçinin Sumqayıt 1 saylı Mediasiya Təşikatının rəhbəri Etibar Həsənov, mediatorlar Qabil Əsgərov və Kamal Mustafayev də iştirak etmişlər.

