Doğum gününüz mübarək cənab Prezident

Möhtərəm cənab Prezident İlham Əliyev!
Sizi doğum gününüz münasibətilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının kollektivi adından səmimi qəlbdən təbrik edirik.
Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının hərtərəfli inkişafı, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən uğurlu siyasət ölkəmizin davamlı tərəqqisini təmin edir. Cəmiyyətimizdə hüquqi münasibətlərin tənzimlənməsi, barış və dialoq mədəniyyətinin təşviqi sahəsində mediasiya mexanizminin inkişafına göstərdiyiniz diqqət və qayğı xüsusi əhəmiyyət kəsb edir.
Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Azərbaycan xalqının rifahı və dövlətimizin qüdrətinin daha da artması naminə gördüyünüz şərəfli işlərdə Sizə daim müvəffəqiyyətlər diləyirik.
Dərin hörmətlə,
Sumqayıt 1 saylı Mediasiya Təşkilatının kollektivi

Etiketlər

YORUM YAZIN