Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan inşa və rəsm müsabiqəsi keçirilmişdir

Ölkəmizdə ilk dəfə olaraq Mediasiya Şurası, Sumqayıt 1 saylı Mediasiya Təşkilatı və Abşeron – Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 05 aprel 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək olan müddət ərzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan inşa və rəsm müsabiqəsi keçirilmişdir. Bu müsabiqənin keçirilməsində məqsəd mediasiya proseslərinin potensial subyekti olan (və ya ola biləcək) ailələrdə böyüyən yeniyetmələrin düşüncələrində ailə məhfumunun nədən ibarət olmasını və uşaq psixologiyasında ailənin yerini müəyyən etmək, eyni zamanda mediasiyanın cəmiyyətə təbliğ olunmasıdır. Müsabiqənin qalibləri yoxlama və qiymətləndirmə komissiyalarının 23 may 2023-cü il tarixli qərarına əsasən müəyyən edilmişlər. Qeyd olunan müsabiqə üzrə qaliblərin elan edilməsi və təltif oluması ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “12” iyun 2023-cü il tarixdə tədbir keçirilmiş, tədbirdə Mediasiya Şurasının sədri cənab Nadir Adilov, Abşeron – Xızı Regional Təhsil İdarəsinin rəisinin müavini Ramin Abbasov, Sumqayıt 1 saylı Mediasiya təşkilatının rəhbəri Etibar Həsənov, qiymətləndirmə və yoxlama komissiyalarının sədrləri və üzvləri, vəkillər və digər qonaqlar iştirak etmiş və müsabiqənin qaliblərinə fəxri diplomlar, fəxri fərmanlar və sertifikatlar, həmçinin bədii kitablar, qələmlər, bloknotlar, fırça-çanaq dəsti kimi hədiyyələr təqdim edilmişdir. Həmin tədbir Sumqayıt-Abşeron ərazisində yayımlanan Dünya TV-nin efirində ictimaiyyətə təqdim olunmuş, həmçinin sosial şəbəkələrdə paylaşılmışdır.































