Mediasiya Şurasının üzvlüyünə yeni qəbul edilmiş mediatorlarla əməkdaşlığımız davam edir
Azərbaycan Respublikasının Mediasiya Şurasının üzvlüyünə yenicə qəbul edilmiş Sevda Mustafayeva ilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatı arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Təşkilat rəhbəri Etibar Hasanov yeni mediatorla təcrübəsini bölüşmüş, təşkilat daxili qaydalarla tanış etmiş, ona mediasiya institunun inkişafına töhvə verməsini və uğurlu mediasiya aparmasını tövsiyə etmişdir.
Qeyd edək ki, təşkilatımız cari ilin oktyabr ayına kimi əlavə beş mediatorla xidməti müqavilə bağlamışdır.
