Korporativ Sosial Məsuliyyət yönümlü mediatorlara təşəkkür sertifikatları təqdim edilib

Korporativ Sosial Məsuliyyət yönümlü mediatorlara təşəkkür sertifikatları təqdim edilib

Mediasiya Şurası fəaliyyətə başladığı dövrdən öz fəaliyyətində Korporativ Sosial Məsuliyyət prinsiplərini rəhbər tutub. Belə ki, Mediasiya Şurasına üzv olan mediasiya təşkilatları Qarabağ Dirçəliş Fondu və Yaşat Fonduna ianələr edib və əhalinin həssas təbəqəsi ilə iş üzrə fəallıq göstərib. Mediasiya Şurası Korporativ Sosial Məsuliyyət prinsiplərini daxili və xarici korporativ sosial məsuliyyət prinsipləri əsasında qurmaqla bir çox layihələrə imza atıb. 

Mediasiya Şurasının korporativ sosial məsuliyyət çağırışına qoşulan region mediasiya təşkilatları rəhbərləri və region mediatorları  “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsünə dəstək olublar. Belə ki, onlar öz şəxsi vəsaitləri hesabına Birlik tərəfindən qurulması planlaşdırılan idman zalına müxtəlif növ idman avadanlıqlarının alınaraq hədiyyə olunmasında yaxından iştirak ediblər. Alınan avadanlıq  “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinə təqdim edilib. 

Birliyin sədri Araz Əhmədov mediatorların bu Korporativ Sosial Məsuliyyət təşəbbüsünə nəzakət əlaməti olaraq mediatorların Mediasiya Şurası ilə birlikdə təşəkkürnamə ilə təltif olunması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs Mediasiya Şurası tərəfindən də dəstəklənərək Mediasiya Şurası və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi tərəfindən imzalanmış təşəkkür sertifikatları bu aksiyada iştirak edən mediatorlara təqdim edilib. Mediasiya Şurası və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi qeyd edilən təşəbbüsə dəstək verdiklərinə və cəmiyyət üçün sosial məsuliyyətli olduqlarına görə hər bir mediatora dərin təşəkkür edib.

post

Etiketlər

YORUM YAZIN