31 Mart Soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik!

31 mart1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə dünya tarixində ən qanlı faciələrdən biridir. Həmin hadisələr zamanı erməni daşnakları və bolşeviklər on minlərlə dinc azərbaycanlını amansızcasına qətlə yetirdi. Ağlasığmaz vəhşiliklər Bakıda şəhəri daxil olmaqla, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə törədildi.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı döyüş meydanında verildi. Xalqımız ona qarşı amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacaq.